21 yanvar 2024 00:54
344

“Milan”ın matçında insident: Oyun dayandırıldı

İtaiya A Seriyasının “Udineze” - “Milan” matçında xoşagəlməz hadisə yaşanıb.

“İki sahil” xəbər verir ki, görüşün 32-ci dəqiqəsində “rossonyerilərin” qapıçısı Mayk Menyana qarşı azarkeşlər tərəfindən irqçi şüarlar səsləndirilib.

Fransız məsələ ilə bağlı baş hakimə şikayət edib. Görüş yarımçıq dayandırılıb və “Milan” heyəti soyunub-geyinmə otağına yollanıb.

Bir müddət sonra oyun yenidən davam etdirilib.