20 yanvar 2024 23:23
300

"Pendikspor" “Beşiktaş”ı darmadağın etdi

Türkiyə Super Liqasında 21-ci tura start verilib.

“İki sahil” xəbər verir ki, ilk gündə beş görüş baş tutub.

“Fatih Karagümrük” - “Başakşəhər” və “Adana Dəmirspor” - “Ankaragücü” oyunlarında qalib müəyyənləşməyib. Adana təmsilçisinin start heyətində meydana çıxmış Azərbaycan millisinin qapıçısı Şahruddin Məhəmmədəliyev 90 dəqiqə mübarizə aparıb.

“Kasımpaşa” “Hatayspor”u, “Alanyaspor” isə “Rizəspor”u məğlub yola salıb. Hatay təmsilçisində də millimizin hücumçusu Renat Dadaşov son 20 dəqiqədə meydanda olub.

Səfərdə “Pendikspor”la qarşılaşan “Beşiktaş” isə böyük hesabla uduzub.

Türkiyə Super Liqası
21-ci tur

20 yanvar

"Kasımpaşa" – "Hatayspor" 3:0
Qollar: Vink, 74. Da Kosta, 79. Fall, 89.

"Alanyaspor" – "Rizəspor" 2:1
Qollar: E.Karaca, 70. Sisto, 90+1 – Vareşanoviç, 51.

"Fatih Karagümrük" – "Başakşəhər" 1:1
Qollar: S.Dursun, 88 – Paoletti, 45-öz qapısına.

"Adana Dəmirspor" – "Ankaragücü" 1:1
Qollar: E.Akbaba, 52 – Pedrinyo, 63.

"Pendikspor" – "Beşiktaş" 4:0
Qollar: U.Nayir, 4. H.Akbunar, 70. M.Tiam, 74. Sekeyra, 82.

21 yanvar

14:30. "Sivasspor" – "Qaziantep"
17:00. "Fənərbaxça" – "Samsunspor"
17:00. "Konyaspor" – "Antalyaspor"
20:00. "Trabzonspor" – "Qalatasaray"

22 yanvar

21:00. "Kayserispor" - "İstanbulspor"