20 yanvar 2024 20:02
291

"Beşiktaş"ın futbolçusu "Sivasspor"da

"Beşiktaş" futbolçusu Kerem Atakan Kesgini icarəyə verib.

“İki sahil” klubun saytına istinadən xəbər verir ki, o, bu mövsümün sonuna kimi icarə əsasında "Sivasspor"da oynayacaq.

Qeyd edək ki, Kesgin 2022-ci ildən "Beşiktaş"da oynayırdı.

Xatırladaq ki, "Beşiktaş" Superliqada 35 xalla 4-cü, "Sivasspor" 25 xalla 11-cidir.