20 yanvar 2024 19:18
307

Klub rəhbəri: Azərbaycanda karateyə marağı daha da artırmaq istəyirik

"Azərbaycanda karate idman növünə marağı daha da artırmaq istəyirik".

“İki sahil” xəbər verir ki, bu sözləri "Arpaçay" karate klubunun rəhbəri Yavər Hüseynov 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunan IX "Arpaçay Open" turnirinin açılış mərasimindən sonra jurnalistlərə açıqlamasında deyib.

O, bu cür turnirlərin keçirilməsinin idmançılara təcrübə qazanmaq baxımından faydalı olacağını bildirib: "Təşkilatçılığa görə Gənclər və İdman Nazirliyinə və Azərbaycan Karate Federasiyasına təşəkkür edirik. Bu turnirdə 50-dən çox klub və 600 idmançı iştirak edir. Digər ölkələrdən də 100-ə yaxın idmançı təşrif buyurub. Çalışacağıq ki, mütəmadi olaraq bu cür yarışlar keçirək".

Qeyd edək ki, turnirdə Azərbaycanla yanaşı, Türkiyə, Gürcüstan, İran, Çexiya, Özbəkistan, Qazaxıstan və Oman idmançıları da iştirak edirlər.