20 yanvar 2024 11:59
282

Qərbi Azərbaycan İcmasının üzvləri 20 Yanvar şəhidlərinin xatirəsini anıblar

Qərbi Azərbaycan İcmasının (QAİ) üzvləri 20 Yanvar faciəsinin 34-cü ildönümü ilə əlaqədar Şəhidlər xiyabanını ziyarət ediblər.

“İki sahil” xəbər verir ki, İcmanın üzvləri şəhidlərin məzarları üzərinə qərənfillər düzüb, onların əziz xatirəsini ehtiramla yad edib, ruhlarına dualar oxuyublar.