20 yanvar 2024 10:56
243

Latviya səfirliyi: 20 Yanvar sovet rejiminin törətdiyi XX əsrin ən qanlı faciələrindən biridir

Latviyanın Azərbaycandakı səfirliyi 20 Yanvar faciəsinin 34-cü ildönümü ilə əlaqədar Azərbaycana başsağlığı verib.

“İki sahil” xəbər verir ki, bu barədə səfirliyin "X" hesabında paylaşım edilib.

Sovet rejiminin törətdiyi XX əsrin ən qanlı faciələrindən biri olan 20 Yanvarı xatırlayırıq. Müstəqillik və Sovet İttifaqının süqutu uğrunda canlarını fəda edənləri dərin ehtiramla yad edirik", - məlumatda qeyd edilib.