Ən çox qıcıq doğuran futbol adamlarının siyahısı müəyyənləşib.
“İki sahil” xəbər verir ki, nifrətə səbəb olanların reytinqini “FourFourTwo” açıqlayıb.
Siyahıya “Mançester Siti”nin sabiq futbolçusu Coui Barton başçılıq edir. Yarımmüdafiəçi həm meydanda, həm ondan kənarda qalmaqallar yaratması ilə yadda qalıb.
Kriştiano Ronaldo da “Top-10”da yer alıb. “7 nömrə” siyahıda da 7-cidir. Yozef Blatter, Mişel Platini, Joze Mourinyo da “onluq”da qərarıaşıb.
1. Coui Barton
2. Yozef Blatter
3. Harald Şumaxer
4. Mişel Platini
5. El-Haci Diuf
6. Con Terri
7. Kriştiano Ronaldo
8. Luis Suares
9. Pit Vinkelman
10. Joze Mourinyo