19 yanvar 2024 14:57
343

"Şamaxı" klubu növbəti transferini reallaşdırıb

Mövsümün ikinci yarısına hazırlığını davam etdirən "Şamaxı" klubu növbəti transferini reallaşdırıb.

Bölgə təmsilçisindən “İki sahil"ə verilən məlumata görə, "Turan Tovuz"un müdafiəçisi Səbayıl Bağırov mövsümün sonuna qədər icarəyə götürülüb.

Qeyd edək ki, I Liqa klubu daha əvvəl Roman Hüseynov və Bəhruz Teymurovu heyətinə qatıb.