19 yanvar 2024 01:14
366

Əcəba, Makron Fransada çap olunmuş Azərbaycan xəritəsini görməyibmi?

Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə bildirib ki, Ermənistanla sərhəd məsələlərinin həll edilməsi üçün 1918-ci il xəritəsindən istifadə qanunauyğundur. Çünki müasir Azərbaycan 1918-ci ildə yaradılmış Azərbaycan Xalq Cümhuriyyətinin varisidir. Eyni zamanda, 1918-ci ildə çap olunmuş xəritə Azərbaycan Xalq Cümhuriyyətinin Millətlər Liqası tərəfindən tanınmış ərazilərini əks etdirir. Hazırda həmin xəritə Millətlər Liqasının arxivindədir. Məlum olduğu kimi, xəritə fransız dilində çap olunub. Bu gün Azərbaycan torpaqlarında separatizmi bərpa etmək üçün dəridən-qabıqdan çıxan, suverenliyimizi həzm edə bilməyən Fransanın siyasi rəhbərliyinin bu xəritədən xəbəri yoxdurmu? Təbii ki, var! Elə dillərini gödək edən də məhz bu xəritədir. Çünki fransız dilində çap olunmuş bu tarixi sənəddə hazırkı Ermənistan ərazisinin azərbaycanlıların əzəli yurdu olduğu açıq-aydın görünür. 105 il bu xəritəni yada salmayan Fransa rəhbərləri nə oldu ki, onu yad etməyə başladılar? Halbuki o vaxt həm haylar, həm də fransızlar 9 min kvadratkilometr ərazidə Ermənistan dövlətinin yaranmasını bayram edirdilər. Əgər belə deyildisə 1918-1919-cu illərdə haylara köməyə gələn yüksək rütbəli fransız hərbçiləri Naxçıvanda və digər ərazilərimizdə nə gəzirdirlər? Onlar Azərbaycan dövlətinə kimə görə təzyiq edir, hədə-qorxu gəlirdilər? Əlbəttə, haylara görə. Çünki bir qarış torpağı olmayan haylar min illik arzularına çatmışdılar. Fransanın səfil "kiçik bacısı" artıq "ev-eşik" sahibi olmuşdu, haylar daha kimlərinsə mal  tövlələrində, it damlarında yatmayacaqdılar. Bəli, xarici ölkələrdə sərgərdan həyat sürən haylar Fransanın, Rusiyanın dövlət məmurlarına yarına-yarına, gözəl qız-gəlinlərini onların ağuşuna ata-ata, müxtəlif alçaq yollarla özlərinə dövlət qurmuşdular. Bunları biz deyil, dünyanın tanınmış şəxsiyyətləri deyiblər. Tamamilə haqlı, əsaslı, tarixi arqumentlərə söykənən fikirlər və arqumentlərdir. Sonrakı illərdə ermənipərəst Sovet dövləti təzyiq və müxtəlif əssasız bəhanələrlə Azərbayacan ərazisinin daha 20 min kvadratkilometrini əlindən alaraq qurama Ermənistan dövlətinə birləşdirmişdir. Beləliklə, Ermənistanın ərazisi 9 min kvadratkilometrdən 29, 8 min kvadratkilometrə çatdırılmışdır. Bütün bunlar Fransa da daxil xristian dövlətlərinin gözü qarşısında və ya iştirakı ilə baş verib. Onlar indiki kimi, o zaman da Ermənistana himayədarlıq ediblər.

Nuru Paşanın komandanlığı altında Qafqaz Türk İslam Ordusu Qərbi Azərbaycan ərazilərinə daxil olanda saxta Ermənistan üçün bərk təşvişə düşən həmin ölkələr Türkiyəyə təsir edərək qoşunlarını Qafqazdan çıxarmağı tələb etmişdilər. I Dünya müharibəsindən məğlubiyyətlə çıxmış Türkiyə məcbur qalaraq öz qoşunlarını geri çəkmişdi. Ancaq arxivlərdə olan sənədlərdə Azərbaycanın bolşevik Rusiyası tərəfindən təzyiqə və işğala məruz qoyulması barədə tarixi faktlar əks olunmuşdur.

Millətlər Liqasının arxivi BMT-nin Cenevrə bölməsinin kitabxanasında  yerləşir və orada Azərbaycan üçün olduqca müstəsna əhəmiyyətli bir çox sənədlər var. Bu kimi mənbələrdən bəhrələnmək lazımdır. Bizim əlimizi qüvvətləndirən o qədər faktlar, mənbələr var ki... Digər tərəfdən, Azərbaycanın üstünə cəfəng iddialarla gələn fransız senatorlar əvvəlcə gedib Paris arxivlərində saxlanılan, elə orada da dərc olunmuş, 1920-ci ilin 11 yanvarında Paris Sülh Konfransının Ali Şurası tərəfindən de-fakto tanınan Azərbaycan Xalq Cümhuriyyətinin xəritəsinə baxsınlar!

Azərbaycan ərazilərini hərraca çıxarmaq istəyənlərin başının üstündə elə Fransada çap olunmuş Azərbaycanın xəritəsi var və onların çox həyasızlıq etmələrinə imkan vermir. Bir dəfə o xəritəni götürüb yaxşı baxsınlar, bəlkə onda əməllərindən utandılar…  Ancaq bunlarda utanan sifət yoxdur. Heç şübhəsiz ki, Makron hökuməti,  Fransa Senatı və digər dövlət qurumları o xəritələrə çoxdan baxıblar, həqiqəti görüblər. Ola bilməz ki, Prezident Emmanuel Makron və başının dəstəsi 1918-ci ildə Fransada fransızca çap olunmuş xəritəyə baxmasın. Ancaq müstəmləkəçilik, hegemonluq niyyətləri onların gözlərini örtür, siyasi korluq həqiqəti ört-basdır etməyə vadar etdiyi üçün keçmiş xülyalarla yaşayırlar. Nüfuzunu sürətlə itirməkdə olan Fransaya nifrət edən ölkələrin sayı kifayət qədərdir. Artıq keçmiş müstəmləkəsi olan bir neçə Afrika ölkəsi ayağa qalxaraq Fransadan öz işğalçı qoşunlarını çıxarmağı tələb edir. Həmin ölkələrdə Fransafobiya təbliğatı aparılır, hətta silahlı mübarizəyə hazırlıq görülür. Fransa bunların hamısını da özü öz müstəmləkəçilik siyasəti və əməlləri ilə qazanıb. Bu isə Makron Fransasına yaxşı heç nə vəd etmir. Vaxt gələcək ki, məzlum xalqlara etdiyi zülmlərin bədəlini ödəməli olacaqdır. Bu isə Fransaya baha başa gələcəkdir.

Vəli İlyasov, "İki sahil"