"Yuventus" heyətinə yeni oyunçu cəlb edir.
“İki sahil” xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
O, "Lill"in müdafiəçisi Tiaqo Djalo ilə gələn həftə müqavilə imzalanacağını bildirib. Müqavilənin müddəti isə 4 illik olacaq.
Qeyd edək ki, portuqaliyalı müdafiəçi 2019-cu ildən "Lill"də çıxış edir.