Mərhum Əməkdar artist Aygün Bəylər və “Avroviziya” qalibi Nigar Camalın “Nəfəsim, qəlbim” mahnısı 4 il sonra trendə düşüb.
“İki sahil” xəbər verir ki, 2019-cu ildə təqdim olunan ekran işi xanəndənin vəfatından sonra yenidən gündəmə gəlib. Buna səbəb isə A.Bəylər dünyasını dəyişəndən sonra N.Camalın "Xəzər TV"nin efirində mahnını tək ifa edərkən ağladığı anların videosunun yayılması olub.
Yutubda 1,5 milyon baxışı olan mahnı 3 gündə 400 mindən çox baxış sayı toplayıb. İfa eyni zamanda TikTok-da da trendə düşüb.
Qeyd edək ki, mahnının sözləri İkram Əliyev, musiqisi isə Nigar Camala məxsusdur. Aygün və Nigar "Şəhidlər" adlı mahnını da duet şəklində oxuyub.
“Türkün gücü tükənməz” – Qarabağda quruculuğa Türk Dünyasının qardaşlıq imzası
Romada Leyla Əliyeva ilə Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibinin görüşü olub
Leyla Əliyeva Müqəddəs Taxt-Tacda Azərbaycan xalçaları sərgisinin açılışında iştirak edib
“Sənət inciləri”: növbəti mühazirə-konsert Xəzər Universitetində təşkil olunub