2023-cü ildə ən çox oyunda 3 və ya daha artıq qol vuran futbolçuların siyahısı müəyyənləşib.
“İki sahil” xəbər verir ki, İFFHS Belçikanın “Gent” klubunda forma geyinən Gift Orbanı ilin “Het-trik kralı” elan edib.
Nigeriyalı hücumçu il ərzində 5 matçda üç və ya daha çox qol vurub. O, bir poker və dörd het-trikə sevinib. Orban dünyanın ən güclü 100 liqasında çıxış edən futbolçular arasında mütləq rekordçu olub.
“Los-Anceles”in qabonlu futbolçusu Denis Bouanqa ikinci, “Paksi” və “Ferensvaroş”da oynamış macar Barnabas Varqa üçüncüdür. Onların hər ikisinin hesabında 4 belə matç var.
Daha iki futbolçu il ərzində 4 oyunda ən azı üç qol vurub. Erlinq Haland (Norveç, “Mançester Siti”) və Kərim Benzemanı (Fransa, “Real”) əlavə göstəricilərə görə “üçlük”dən kənar qalıb.
Qeyd edək ki, irlandiyalı Qarbhan Koqlan daha çox – 6 görüşdə məhsuldarlıq göstərsə də, Yeni Zelandiyada fərqləndiyi üçün siyahıdan kənar qalıb.