"Real"ın qapıçısı Tibo Kurtua zədəsini sağaldıb.
“İki sahil” xəbər verir ki, bu barədə qolkiper özü məlumat yayıb. O, Madrid təmsilçisi ilə ümumi məşqlərə qatıldığını bildirib.
Kurtua məşqdən video paylaşaraq yazıb: "Butsları geyinib meydançaya çıxmaqdan aldığım enerjini təsvir etmək mümkün deyil".
Qeyd edək ki, Kurtua zədə səbəbindən ötən ilin avqustundan bəri meydana çıxmayıb.