07 yanvar 2024 14:34
344

Rafael Nadal Avstraliya Açıq çempionatında iştirakdan imtina edib

İspaniyalı tennisçi Rafael Nadal Avstraliya Açıq çempionatında iştirakdan imtina edib.

“İki sahil” xəbər verir ki, bu barədə 37 yaşlı idmançı özü məlumat verib.

O bildirib ki, zədə səbəbindən bu addımı almalı olub: “Melburna çatanda müayinədən keçdim, əzələmdə mikro yırtıq aşkarlandı. Hazırda 5 setlik oyunlarda yüksək səviyyədə mübarizə aparmağa hazır deyiləm. Həkimimi görmək, müalicə almaq və istirahət etmək üçün İspaniyaya qayıdıram”.

Qeyd edək ki, Rafael Nadal 2009 və 2022-ci illərdə Avstraliya Açıq çempionatının qalibi olub.