07 yanvar 2024 01:52
351

Ertuğrul Sağlam AFFA-nın təklifini rədd edib?

Türkiyəli məşqçi Ertuğrul Sağlam Azərbaycan millisindən təklif alıb.

“İki sahil” xəbər verir ki, "Kocaelispor"un çalışdırıcısı bununla bağlı "X" hesabında açıqlama yayıb. Adının "Beşiktaş"la hallanmasına münasibət bildirən mütəxəssis iki həftə əvvəl AFFA-dan da təklif aldığını bildirib:

"Beşiktaş"ın könlümüzdəki yeri hər zaman özəl və ayrı olsa da, hazırda "Kocaelispor"la inandığımız, müəyyənləşdirdiyimiz hədəfə doğru gedirik. İki həftə öncə Azərbaycan milli komandası üçün də eyni proses baş vermişdi. Diqqət, nəzakət və gözəl mesajlar üçün təşəkkür edirəm. Yeganə düşüncəmiz "Kocaelispor"dur".