06 yanvar 2024 18:18
400

Şahruddin "Başakşehir"lə oyun üçün start heyətdə

Azərbaycan millisinin qapıçısı Şahruddin Məhəmmədəliyevin də formasını geyindiyi "Adana Demirspor" bu gün Türkiyə Superliqasında 19-cu tur oyununa çıxacaq.

“İki sahil” xəbər verir ki, komanda səfərdə "Başakşehir"lə qarşılaşacaq. Oyun Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.

Şahruddin Məhəmmədəliyev bu matç üçün start heyətdə yer alıb.

Qeyd edək ki, "Adana Demirspor" hazırda Superliqanın turnir cədvəlində  27 xalla 7-ci (17 oyuna), "Başakşehir" isə 19 xalla 15-cidir (17 oyuna).

17:00. "Başakşehir" - "Adana Demirspor"

Baş hakim: Turqut Doman

"Başakşehir Fatih Terim Stadionu"