06 yanvar 2024 17:29
310

"Milan"da yeni müqavilə

"Milan" qapıçısı Lapo Nava ilə müqavilə müddətin uzadıb.

“İki sahil” klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, yeni sözləşmənin müddəti 2027-ci ilin yayına qədər nəzərdə tutulub.

Qeyd edək ki, 19 yaşlı italyalı qolkiper "Milan"ın yetirməsidir. O, bu mövsüm "qırmızı-qaralar"ın heyətində meydana çıxmayıb.