05 yanvar 2024 21:07
359

"İnter" yeni futbolçu aldı

“İnter” heyətini yeni futbolçu ilə gücləndirib.

“İki sahil” xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Milan təmsilçisi Kanada yığmasının və “Brügge”nin hücumçusu Teycon Byukeneni transfer edib. 24 yaşlı futbolçu ilə 2028-ci ilin yayınadək müqavilə imzalanıb. 

Klub oyunçu üçün qarşı tərəfə 7 milyon avro ödəyib.

Qeyd edək ki, Byukene indiyədək “Siqma” və “Nyu İnqlend Revolyuşn” klublarının da formasını geyinib.