05 yanvar 2024 14:20
317

Yığmanın üzvü: Məqsədim "Azərreyl"lə ölkə çempionu olmaqdır

"Ötən il idman həyatım mənim üçün zəngin oldu".

Bu sözləri qadın voleybolçulardan ibarət Azərbaycan millisinin və "Azərreyl"in oyunçusu Aynur İmanova deyib.

Təcrübəli blokçu 2023-cü ildə ölkə idmanın böyük uğurlar qazandığını bildirib: " Milli ilə Avropa Çempionatında, "Azərreyl" komandası ilə Çağırış Kubokunda oyunlar keçirdik. İstəyərdim ki, daha yaxşı nəticələr əldə edək. Ancaq ən böyük tarixi hadisə Azərbaycan Kuboku çərçivəsində Xankəndində keçirilən "Qarabağ" və MOİK komandaları arasındakı matç oldu. Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirak etdiyi görüşü canlı izləmək şansı əldə etdiyimə görə çox xoşbəxtəm. Buna görə şəhidlərimizin qarşısında baş əyirik, qazilərimizə şəfa diləyirik".

A. İmanova bu il daha böyük nəticələr əldə etmək istədiyini də söyləyib: " Məqsədim "Azərreyl"lə ölkə çempionu olmaqdır. Həmçinin yığmaya çağırılıb Avropa Qızıl Liqasında yaxşı nəticə əldə etmək istəyirəm".

AZƏRTAC