"Qalatasaray"ın futbolçusu Mauro İkardi komandanın son iki məşqində iştirak etməyib.
“İki sahil” xəbər verir ki, o, Superliqanın 18-ci turunda "Konyaspor"la matç öncəsi keçirilən hazırlığa qatılmayıb. Argentinalı hücumçu fərdi qaydada məşq edib. Onun sağ ayaq biləyi nahiyəsindən zədəsinin müalicəsinin davam etdiyi bildirilib.
İkardinin yanvarın 7-i keçiriləcək"Konyaspor"a qarşı görüşdə oynayacağı gözlənilir.
Qeyd edək ki, İkardi 2 ay yarımdır iynə vurduraraq oyunlara çıxır.