04 yanvar 2024 22:21
365

"Kəpəz" Gəncədə hazırlıqlara başladı

"Kəpəz" üçün qış istirahəti başa çatıb.

“İki sahil” xəbər verir ki, məşqçilər heyəti və futbolçular Gəncədə bir araya gəliblər. "Sarı-göylər" çempionatın ikinci hissəsinə Nizami yurdunda hazırlaşacaqlar.

İlk məşq prosesi əsasən ümumi dözümlülüyün artırılması istiqamətində olub. 30-a yaxın azarkeşin də izlədiyi hazırlıq yüngül qaçışla başlayıb. Daha sonra futbolçular məşqçilərin verdiyi digər tapşırıqlarla çalışıblar.