"Real"ın sabiq futbolçusu Mesut Özil Madrid klubunun oyunçusu Antonio Rudigeri dünyadanın ən yaxşı müdafiəçisi adlandırb.
“İki sahil” xəbər verir ki, Mesut bu haqda açıqlamasında bildirib: "Antonio Rudiger hazırda dünyanın ən yaxşı müdafiəçisidir! O, "Real"da inanılmaz mövsüm keçirir".
Qeyd edək ki, Rüdiger 2022-ci ilin yayından "Real"da oynayır. Bu mövsüm o, komandanın heyətində bütün turnirlərdə 24 matça çıxıb, 1 qol vurub və 1 qolun ötürməsini verib.