İngiltərə Premyer Liqasında dekabrın ən yaxşı oyunçusu mükafatına namizədlər müəyyənləşib.
"İki sahil" turnirin saytına istinadən xəbər verir ki, siyahıda 8 futbolçu yer alıb. Bunlar Trent Aleksandr-Arnold ("Liverpul"), Mateus Kunya ("Vulverhempton") , Mohamed Kudus ( "Vest Hem"), Maykl Olise ( "Kristal Pelas" ), Koul Palmer ("Çelsi"), Markos Senesi ("Bornmut"), Dominil Solanke ("Bornmut) və Son Hın Mindir ("Tottenhem").
Qalib yanvarın 8-dək davam edəcək futbol mütəxəssislərinin rəyi və azarkeşlərin səsverməsi nəzərə alınmaqla müəyyənləşəcək.
“Mançester Yunayted”in müdafiəçisi Harri Maquayr noyabr ayının ən yaxşı futbolçusu seçilmişdi.