04 yanvar 2024 00:36
342

Millimizin futbolçusu Türkiyə klubuna keçib

Azərbaycan millisinin futbolçusu Vüsal İsgəndərli Türkiyənin 1-ci Liqada mübarizə aparan “Boluspor” klubuna keçib.

"İki sahil" klubun rəsmi saytına istinadən xəbər verir ki, 28 yaşlı hücumameyilli yarımmüdafiəçi Türkiyə təmsilçisi ilə 1,5 illik müqavilə imzalayıb. Təcrübəli oyunçu Azərbaycanda "Simurq" (indiki "Zaqatala"), "Zirə", "Keşlə" (indiki "Şamaxı") və "Sumqayıt" kimi komandaların formasını geyinib.

Qeyd edək ki, Vüsal İsgəndərlinin son klubu cari mövsümün əvvəlindən çıxış etdiyi Albaniyanın “Eqnatiya” komandası olub.