03 yanvar 2024 18:30
1368

Karvaxal, Vinisius və Güler ​​meydana qayıdacaq - Ançelotti

"Real"ın baş məşqçisi Karlo Ançelotti komandanın hazırkı planlarından danışıb.

“İki sahil” "Marca"ya istinadla xəbər verir ki, 2023-cü ilin dekabr ayının sonunda Madrid klubu ilə müqaviləsini uzadan  mütəxəssis deyib: 

“Mövsümün yeni hissəsinə yaxşı başlamaq istəyirik. Şad xəbərimiz var: Zədəli futbolçularımız heyətə qayıdırlar. Karvaxal, Vinisius və Güler ​​meydana qayıdacaq. Mendi və Kamavinqa isə gələn həftə bizə qoşulacaq”.

O, həmçinin qeyd edib ki, klub bu qış yeni mərkəz müdafiəçisi almaq niyyətində deyil: “Hazırda başqa mərkəz müdafiəçisi ilə müqavilə bağlamaq fikrində deyilik. Bu mövqedə 2 futbolçumuz zədəlidir, amma güvəndiyimiz daha 2 mərkəz müdafiəçimiz var”.

Qeyd edək ki, hazırda "Real" La Liqanın turnir cədvəlində 45 xalla liderdir.