03 yanvar 2024 17:42
343

"Barselona"nın futbolçusu əməliyyat olunub

İspaniyanın "Barselona" klubunun futbolçusu Markos Alonso əməliyyat olunub.

“İki sahil” Kataloniya təmsilçisinin rəsmi saytına istinadla xəbər verir ki, 33 yaşlı müdafiəçi dekabrın əvvəlində belindən aldığı zədəyə görə cərrahi müdaxiləyə ehyiyac duyub.

Onun təxminən martda yaşıl meydanlara qayıdacağı gözlənilir.

Qeyd edək ki, Markos Alonso cari mövsüm komandada 7 oyuna çıxıb.