03 yanvar 2024 14:45
342

"Neftçi" yoxlama oyununda “Erzurumspor”la qarşılaşacaq

Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışında olacaq "Neftçi"nin ilk yoxlama matçı yanvarın 6-da baş tutacaq.

“İki sahil” xəbər verir ki, paytax təmsilçisi Türkiyənin 1-ci liqasında çıxış edən “Erzurumspor”la üz-üzə gələcək.

Qarşılaşma yanvarın 6-da keçiriləcək.

Qeyd edək ki, sabah Türkiyəyə yollanacaq "Neftçi"nin hazırlıq prosesi yanvarın 14-də yekunlaşacaq. Daha əvvəl Albaniya mətbuatı "ağ-qaralar"ın bu ölkənin "Partizani" kollektivi ilə görüşəcəyini yazmışdı.