03 yanvar 2024 09:58
371

Messinin Floridadakı heyrətamiz malikanəsindən FOTOLAR

"İnter Mayami" klubunun 36 yaşlı argentinalı hücumçusu Lionel Messinin dəbdəbəli malikanəsinin fotoları internetdə yayılıb. 2023-cü ildə "Qızıl top"un qalibi Floridada yaşayır.

“İki sahil” xəbər verir ki, dəbdəbəli malikanədə 10 yataq otağı, spa, fitnes zalı, üzgüçülük hovuzu, iki qayıq limanı və nəhəng terras var.

Messi 2023-cü ilin sentyabrında ABŞ-da malikanə alıb. Onun evinin 10,75 milyon dollar dəyərində olduğu bildirilir.

Maraqlıdır ki, Lionelin yanında onun komanda yoldaşı və yaxşı dostu Serxio Busqets yaşayır. Sea Ranch Lakes sahilində yerləşən evinin qiyməti 9 milyon dollardır.

Messinin "İnter Mayami" ilə müqaviləsi 2025-ci ilin dekabr ayının sonuna kimidir. Əfsanəvi futbolçu ildə təxminən 50 milyon dollar qazanır.