02 yanvar 2024 19:11
341

Ziyeş "Qalatasaray"dan ayrılır?

"Qalatasaray"ın futbolçusu Hakim Ziyeş komandadan ayrılmağa hazırlaşır.

“İki sahil” xəbər verir ki, bunu ulduz futbolçunun menceri Cord Qardi Türkiyə mətbuatına açıqlamasında deyib: "Ziyeşin "Qalatasaray" macərası yaxşı başladı, amma yaxşı davam etmədi. "Qalatasaray" rəhbərliyinə ayrılmaq istədiyimizi bildirmişik. Bizə heç bir maneə yaratmayacaqlar" - deyə o qeyd edib.

"Qalatasaray" Hakim Ziyeşi ötən ilin avqust ayında "Çelsi"dən icarəyə götürüb. Mərakeş millisinin üzvü İstanbul klubunda 14 rəsmi matçda 4 qol vurub və 2 məhsuldar ötürmə edib.