02 yanvar 2024 17:30
374

Cənubi Koreyada ilin ən yaxşı futbolçusu odur

"Bavariya”nın müdafiəçisi Kim Min Ce Cənubi Koreyada ilin ən yaxşı futbolçusu seçilib.

“İki sahil” xəbər verir ki, bu barədə Koreya Futbol Assosiasiyası məlumat yayıb. 27 yaşlı futbolçu səsvermədə daha əvvəl bu mükafatı ardıcıl 4 dəfə qazanmış “Tottenhem”in hücumçusu Son Hın Mini qabaqlayıb.

2023-cü ildə Kim Min Ce "Napoli" ilə İtaliya çempionatınının qalibi olub.