01 yanvar 2024 14:36
375

Ever Baneqa köhnə klubuna qayıdır

“Əl-Şabab”ın yarımmüdafiəçisi Ever Baneqa karyerasını yenidən Argentinada davam etdirməyə yaxındır.

"İki sahil" "Marca"ya istinadən xəbər verir ki, 35 yaşlı futbolçu “Boka Xuniors”a qayıdacaq.

Argentina millisinin üzvünün keçmiş klub ilə anlaşmaq üzrə olduğu bildirilib.

Qeyd edək ki, "Boka Xuniors"un yetirməsi olan Baneqa "Valensiya", "Atletiko", "Sevilya" və "İnter"də də oynayıb. O, 2006-2007-ci illərdə “Boka Xuniors”da çıxış edib.