"Milan"ın baş məşqçisi Stefano Pioli komandadan göndəriləcəyi barədə yayılan xəbərlərə münasibət bildirib.
“İki sahil” xəbər verir ki, mütəxəssis deyib:
“Mən bundan qorxmuram. Rəhbərliyim altında olan komandanın potensialını tam şəkildə ortaya qoymasını istərdim. Biz meydanda daha uzun müddət yaxşı oyun nümayiş etdirməliyik".
Xatırladaq ki, "Milan" hazırda A seriyasının turnir cədvəlində 33 xalla 3-cüdür. Komanda lider "İnter"dən 12 xal geri qalır.