Zəngilan rayonunun Ağalı kəndində Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl bayramı münasibətilə konsert keçirilib.
“İki sahil” xəbər verir ki, Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyi, Şərqi Zəngəzur İqtisadi Rayonunda 1 saylı Bərpa, Tikinti və İdarəetmə Xidməti tərəfindən təşkil edilmiş tədbirdə Zəngilan rayonunun Ağalı kənd sakinləri, eləcə də bu ərazidə fəaliyyət göstərən dövlət və özəl qurumların əməkdaşları iştirak ediblər.
Tədbirdə əvvəlcə dövlət himni səslənib, torpaqlarımızın ərazi bütövlüyü uğrunda canını fəda etmiş qəhrəman oğullarımızın ruhu bir dəqiqəlik sükutla yad edilib.
Musiqili konsert proqramında tanınmış mədəniyyət və incəsənət xadimlərinin ifasında müxtəlif nəğmələr səsləndirilib. Bayram şənliyi sakinlər tərəfindən böyük maraq və coşqu ilə qarşılanıb.
Yeni il personajlarının iştirakı ilə baş tutan tədbir uşaqların bayram əhvali-ruhiyyəsini daha da artırıb, bu günü onlar üçün unudulmaz edib.
Tədbirin sonunda uşaqlara hədiyyələr paylanılıb.
BDU-nun IELTS imtahanında yüksək bal toplayan 112 müəllim və tələbəsinin xərcləri qarşılanıb
YAP Kürdəmir rayon təşkilatının “Bakı prospekti 6" ərazi partiya təşkilatının hesabat-seçki yığıncağı keçirilib
YAP Bərdə rayon təşkilatının ərazi partiya təşkilatlarında müşavirələr davam etdirilir