“Media haqqında” Qanunu dərindən bilmək hər bir mətbuat işçisinin və media əməkdaşının başlıca vəzifələrindəndir”.
“İki sahil” xəbər verir ki, bu fikri Mətbuat Şurasının İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Vüqar Rəhimzadə “Milli mətbuatdan rəqəmsal mediaya: keçid və yeni dövrün çağırışları” mövzusundakı forumda səsləndirib.

V.Rəhimzadə bildirib ki, media ilə cəmiyyət arasındakı münasibətlərin müzakirəsi, yeni yanaşmaların ortaya qoyulması kimi, hüquqi mexanizmlərin təkmilləşdirilməsi də mühüm əhəmiyyət daşıyır. O, media fəaliyyətində yalnız hüquqi tənzimləmələrlə kifayətlənilməməsinin, etik prinsiplərə riayət edilməsinin əsas şərt olduğunu deyib. Mövcud xüsusda Mətbuat Şurasının missiyası üzərində dayanan deputat vurğulayıb ki, Şura yarandığı gündən jurnalistlərin peşə davranışı qaydalarını hazırlayıb və bu sənədə əməl olunmasına ictimai nəzarəti həyata keçirib.
MŞ İdarə Heyətinin üzvü onu da bildirib ki, hazırda “Azərbaycan Jurnalistlərinin Etik Davranış Qaydaları” adlandırılan sənəd media təmsilçilərinin fəaliyyət kriteriyalarını müəyyənləşdirir və zaman-zaman keçirilmiş ictimai müzakirələrdə, habelə jurnalistlərin qurultaylarında onun daha praktik situasiyalara reaksiya baxımından təkmilləşdirilməsi məsələləri gündəmə gətirilir.
Azərbaycanın qanunvericilik bazasındakı media fəaliyyətini və informasiya dövriyəsini nəzərdə tutan müddəalardan söz açaraq ayrı-ayrı hüquqi sənədlərin üzərində dayanan V.Rəhimzadə diqqəti “Media haqqında” Qanuna yönəldib. O bildirib ki, bu qanun hər bir jurnalistin də hüquqi çərçivəsini, onun başlıca iş prinsipini müəyyənləşdirir.
Jurnalistin hansı informasiyanın yayıla biləcəyini, hansının yayılmasının yolverilməzliyini bilməli olduğunu deyən MŞ təmsilçisi media fəaliyyətindəki mühüm meyar kimi obyektivliyin üzərində dayanıb, bu meyarın məsuliyyət yaratdığını vurğulayıb. V.Rəhimzadə, həmçinin, hər bir media əməkdaşının çalışdığı redaksiyanın nüfuzunu qorumasının əhəmiyyəti barədə də fikirlərini bölüşüb.
BDU-nun IELTS imtahanında yüksək bal toplayan 112 müəllim və tələbəsinin xərcləri qarşılanıb
YAP Kürdəmir rayon təşkilatının “Bakı prospekti 6" ərazi partiya təşkilatının hesabat-seçki yığıncağı keçirilib
YAP Bərdə rayon təşkilatının ərazi partiya təşkilatlarında müşavirələr davam etdirilir