Bu gün Səudiyyə Ərəbistanında keçiriləcək "Qalatasaray" - "Fənərbaxça" Türkiyə Superkubok oyununu izləyənlər arasında "Əl-Nəsr"in ulduzu Kriştiano Ronaldo da olacaq.
"İki sahil" “Sabah”a istinadən xəbər verir ki, portuqaliyalı forvard oyunu tribunadan izləyəcək. Ronaldo hətta matçdan əvvəl "Qalatasaray"ın son məşqini izləyib.
Səudiyyə Ərəbistanı Futbol Federasiyası Ronaldodan başqa Mirça Luçesku, Roberto Maçini, Vinçenzo Montella və Səudiyyə Ərəbistanı çempionatında çıxış edən bir neçə məşhur futbolçunu da stadiona dəvət edib.
Qeyd edək ki, oyun kommersiya gəliri məqsədi ilə Səudiyyə Ərəbistanında keçirilir. "Əl-Əvvəl Park" stadionunda oynanılacaq matç Bakı vaxtı ilə saat 21:45-də başlayacaq.