29 dekabr 2023 10:07
317

Türkiyə Superkubokunun qalibi müəyyənləşir

Bu gün 2023-cü il Türkiyə Superkubokunun qalibinin adına aydınlıq gələcək.

“İki sahil” xəbər verir ki, kubok uğrunda matçda "Qalatasaray" "Fənərbaxça" ilə qarşılaşacaq. Səudiyyə Ərəbistanındakı "Əl-Əvvəl Park" stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 21:45-də başlayacaq. 

Oyunu Abdulkadir Bitigen idarə edəcək. 

Qeyd edək ki, bu komandalar arasında Türkiyə Superliqası çərçivəsində 5 gün əvvəl oynanılan son görüşdə qolsuz heç-heçə qeydə alınmışdı.

Türkiyə Superkuboku

21:45. "Qalatasaray" - "Fənərbaxça"

Baş hakim: Abdulkadir Bitigen

"Əl-Əvvəl Park"