28 dekabr 2023 13:10
277

"Sumqayıt" klubu azarkeşlərə görə cərimələnib

AFFA İntizam Komitəsi (İK) "Sumqayıt" klubunu azarkeşlərə görə cərimələyib.

“İki sahil”in məlumatına görə, buna fanatların "Səbail"ə 1:0 hesabı ilə qalib gəldikləri Premyer Liqanın XVIII turunun matçında meydana kənar əşyalar atması səbəb olub.

Klub 800 manat ziyana düşüb.

İK "Qarabağ"ı da 700 manat cərimələyib. Ağdam təmsilçisinin 5 üzvü həmin turda "Zirə"yə 1:0 hesabı ilə qalib gəldikləri görüşdə sarı vərəqə ilə cəzalandırılmışdı.