27 dekabr 2023 23:59
350

Terim “Panatinaikos”da nə qədər maaş alacaq?

"Panatinaikos"un yeni baş məşqçisi Fatih Terimin sözügedən klubda alacağı maaş müəyyənləşib.

“İki sahil” xəbər verir ki, bu barədə Yunanıstan mediası məlumat yayıb.

Bildirilib ki, Fatih Terimin "Panatinaikos"dakı maaşı 900 min avro təşkil edəcək.

Qeyd edək ki, F.Terim "Panatinaikos"da İvan Yovanoviçi əvəz edib.