27 dekabr 2023 19:27
453

Azərbaycan Karate Federasiyası ilə yekun vurub

Azərbaycan Karate Federasiyası 2023-cü ilin yekunlarına dair hesabat tədbiri keçirib.

Dövlət Himnimizin səsləndirilməsi ilə başlayan tədbirdə Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

“İki sahil” xəbər verir ki,  daha sonra AKF-in Hüquq və İntizam Komitəsinin sədri Həmid Məmmədov çıxış edərək 1 il ərzində qazanılan uğurlardan və görülən işlərdən danışıb.

Daha sonra söz AKF-in prezidenti Ülvi Quliyevə verilib.  Ülvi Quliyev idmançılara uğurlar arzu edib. O, Azərbaycan Prezidenti İlham Əliyevin idmana yüksək diqqət və qayğı göstərdiyi bildirib: “Azərbaycan bir çox beynəlxalq yarışlara ev sahibliyi edir. Bütün dünyada idman ölkəsi kimi tanınır”.

Tədbirin sonunda AKF-in media hesabatı təqdim edilib.

Tədbir məşqçilərin, idmançıların və media nümayəndələrinin mükafatlandırma mərasimi ilə yekunlaşıb.