27 dekabr 2023 14:28
516

Neymar gəmisi ilə kruiz təşkil etdi

"Əl-Hilal"ın hücumçusu Neymar öz gəmisi ilə Braziliyaya kruiz təşkil edib.

“İki sahil” xəbər verir ki, bu barədə AS məlumat yayıb. 

Gəmi dekabrın 27-də layner Rio-de-Janeyroya yola düşüb. Bu tədbir 3 gün davam edəcək, bundan sonra gəmi geri qayıdacaq.

"MSC Preziosa" adlı gəminin göyərtəsində ümumilikdə 3500 nəfər insan səyahət edir. Gəmidə mağazalar, kazino, boulinq salonu, kinoteatr və əyləncə otaqları da var. Neymar bütün ailəsi ilə birlikdə gəmidədir. Biletin qiyməti 1-6 min avro arasında dəyişir.

Neymar hazırda zədə səbəbindən "Əl-Hilal"dan ayrıdır. O, 2024-cü ilin avqustuna qədər oynaya bilməyəcək.