"Mançester Yunayted"in müdafiəçisi Rafael Varan bu qış klubdan ayrılacaq.
“İki sahil” xəbər verir ki, bu barədə "L'Equipe" nəşri məlumat yayıb. Bildirilib ki, 30 yaşlı futbolçu Mançester təmsilçisindəki oyun müddətindən narazıdır. Buna görə də fransalı oyunçu karyerasını Səudiyyə Ərəbistanında davam etdirmək qərarına gəlib.
Qeyd edək ki, Varan bu mövsüm 14 oyuna çıxıb və 1 qol vurub.
Xatırladaq ki, Varan 2021-ci ilin avqustundan "Mançester Yunayted"də oynayır. Onun klubla müqaviləsi 2025-ci ilin iyununda başa çatır.