26 dekabr 2023 13:00
398

"Sabah" komandası Türkiyədə iki yoxlama oyunu keçirəcək

“Sabah” komandasının qış hazırlıq planı bəlli olub.

Paytaxt təmsilçisindən “İki sahil”ə verilən məlumata görə, futbolçular yanvarın 4-dən 15-dək Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışı keçəcəklər.

Kollektiv “Titanic Deluxe Belek” hotelində məskunlaşacaq.

Toplanışda 2 yoxlama oyununun keçirilməsi nəzərdə tutulub. Rəqiblər hələlik bəlli deyil.