25 dekabr 2023 17:09
331

“Fənərbaxça” - “Qalatasaray” matçının hakimləri bəlli olub

Türkiyə Superkubok matçını idarə edəcək hakimin adına aydınlıq gəlib.

“İki sahil” xəbər verir ki, matçında Abdulkadir Bitigen söz sahibi olacaq.

Bu barədə Türkiyə Futbol Federasiyası açıqlama verib.

Əl-Avval Parkda stadionunda baş tutacaq qarşılaşmada Abdulkadir Bitigenin köməkçiləri Erdem Bayık və Mustafa Savranlar olacaq. Matçın dördüncü hakimi Volkan Bayarslan olacaq.

Qeyd edək ki, dekabrın 29-da keçirilməsi nəzərdə tutulan qarşılaşmada “Fənərbaxça” və “Qalatasaray” komandaları üz-üzə gələcək. Matç bakı vaxtı ilə saat 21:45-də start götürəcək.