25 dekabr 2023 11:56
296

Millinin futbolçusu “Sabah”ın heyətində yubiley oyununu keçirib

Amin Seydiyev “Sabah”ın heyətində yubiley oyununu keçirib.

“İki sahil” xəbər verir ki, Premyer Liqanın XVIII turunnda “Qəbələ” ilə görüş 25 yaşlı müdafiəçinin 100-cü çempionat qarşılaşması olub.

Azərbaycan millisinin üzvü 2020-ci ilin yayından “Sabah”ın formasını geyinir. O, dördüncü mövsüm oynadığı klubda keçirdiyi 100 görüşdə 2 qola imza atıb.

Qeyd edək ki, Amin Seydiyev “Sabah”ın formasında Premyer Liqadakı ilk matçına 2020-ci il avqustun 22-də çıxıb. Onun debüt görüşündə bakılılar səfərdə “Qarabağ”a 0:2 hesabı ilə uduzublar.