Sumqayıtda sərnişin avtobuslarında cibgirlik edən şəxs saxlanılıb.
Daxili İşlər nazirliyindən "İki sahil"ə verilən xəbərə görə, Sumqayıt Şəhər Polis İdarəsinin 2-ci Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində sərnişin avtobuslarında cibgirlik edən əvvəllər məhkum olunmuş 1983-cü il təvəllüdlü Binyat Binyatov saxlanılıb. Araşdırma zamanı onun avtobusda bir nəfər Sumqayıt şəhər sakini olan qadının içərisində 1500 manat, bank kartları və sənədləri olan çantasını oğurladığı məlum olub. B.Binyatovun qanunsuz hərəkətləri avtobusda quraşdırılan kameralar vasitəsi ilə də qeydə alınıb. Saxlanılan şəxsin başqa bu kimi analoji cinayətlər törətməsi istisna edilmir.
Onun qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa polis orqanlarına müraciət edə bilərlər.
Hepatit B və C tam müalicə olunurmu? – Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti açıqlayır
YAP Kürdəmir rayon təşkilatında Nəsibə Hidayətovanın 65 illik yubileyi qeyd olunub
Uşağın susan dili, danışan davranışları: nitq və psixoemosional inkişafın görünməyən siqnalları
Ombudsmanın seçilməsi ilə bağlı məsələ parlamentin plenar iclasına tövsiyə edilib