“Onu çox gözəl qarşılamaq, 8 ayın acılarını unutdurmaq istəyirik çünki balam çox əziyyət çəkdi”.
“İki sahil” İctimai TV-yə istinadla xəbər verir ki, bu sözləri erməni əsirliyindən azad edilən Hüseyn Axundovun anası Şəlalə Axundova bildirib.
“Ona görə hər şeyi balama unutdurmaq istəyirəm. Onu çox gözəl qarşılamaq, hər şey eləmək istəyirik. Bir daha dönə-dönə cənab Prezidentimizə minnətdarlığımı bildirirəm. Prezidentimizə demək istəyirəm ki, balamı ömürlük həbsdən sonra azad etdiyi üçün ona minnətdaram, qarşısında baş əyirəm. Allah ona ömür versin”, - sevincli ana bildirib.
Ş.Axundova qeyd edib ki, erməni əsirliyindən azad edilən digər hərbçi Aqşin Bəbirovun anası ilə mütəmadi əlaqədə olub:
“Bundan sonra bizim dostluğumuz davam edəcək. Gecədən səhər 4-ə qədər planlarımızdan, xəyallarımızdan, övladlarımızı necə qarşılayacağımızdan danışmışıq”.
Əsirlikdən azad edilən A.Bəbirovun anası Dürdanə Bəbirova oğlunun azad olunma xəbərini göz yaşları ilə qarşılayıb.
Hepatit B və C tam müalicə olunurmu? – Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti açıqlayır
YAP Kürdəmir rayon təşkilatında Nəsibə Hidayətovanın 65 illik yubileyi qeyd olunub
Uşağın susan dili, danışan davranışları: nitq və psixoemosional inkişafın görünməyən siqnalları
Ombudsmanın seçilməsi ilə bağlı məsələ parlamentin plenar iclasına tövsiyə edilib