11 dekabr 2023 11:30
67

Ədalət zamanı

Azərbaycan Respublikası hüquqi bir dövlətdir və bu səbəbdən də irqindən, dinindən, milliyyətindən asılı olmayaraq heç kəs qanun qarşısında heç bir imtiyaza malik deyil.

Bəşəriyyət əleyhinə törədilmiş ən ağır cinayət olan soyqırım törədən canilər elə düşünürdülər ki, onlar azsaylı xalq kimi xüsusi imtiyazlara sahibdirlər və törətdikləri  cinayətlərə görə cəzasız qalacaqlar. Amma Ümumilli lider Heydər Əliyevin fikri ilə desək, “Tarix həmişə hər şeyi öz yerinə qoyur.”

Beynəlxalq hüquq normalarına əsasən də, soyqırım törətmiş şəxslərin cinayət mühakiməsi və cəzalandırılması labüddür, xüsusilə qeyd etmək lazımdır ki, əgər cinayəti törətmiş şəxs özü bunu etiraf edirsə. Hazırda Azərbaycanda tutulub saxlanılanların əksəriyyəti, eləcə də növbələrinin catacağını bildikləri üçün hər səhəri təşvişlə açan separatçıları bu aqibət sözsüz ki, gözləyir. Həmin şəxslər dövlətin ərazisində səlahiyyətli məhkəmələrdə bu günə qədər mühakimə olunmayıblar. Beynəlxalq məhkəmə tərəfindən mühakimə edilməli olmaqlarına və Azərbaycan dövləti  tərəfindən sübuta belə ehtiyacı olmayan cinayətlərə görə axtarışa verilməklərinə baxmayaraq, onları indiyə qədər nə heç bir dövlət Azərbaycana təhvil verməyib, nə də  heç bir beynəlxalq məhkəmə tərəfindən mühakimə olunmayıblar.

Beynəlxalq hüququn edə bilmədiyi, daha doğrusu etmək istəmədiyini Azərbaycan xalqı öz qanı bahasına reallaşdırdı.

Beynəlxalq hüququn norma və prinsiplərini heçə sayan, ona məhəl qoymayan təcavüzkar Ermənistanın silahlı birləşmələri tərəfindən yeni müharibə və insanlıq əleyhinə cinayətlərin davamı olaraq dinc əhalinin sıx yaşadığı rayon və şəhərlərimizin ərazisinə 30 minə yaxın mərmi və 227 raket atılıb. Dinc əhaliyə qan uddurmaqla özünü qalib elan edən Ermənistan davamlı, sistematik  şəkildə əhalinin sıx məskunlaşdığı ərazilərə - Gəncəyə, Mingəçevirə, Tərtərə, Bərdəyə, Qəbələyə və digər yaşayış məntəqələrimizə dağıdıcı raketlərlə hücum həyata keçirilməklə çoxlu sayda dinc insanın qətlə yetirilməsini qarşıya məqsəd qoymuşdur. Amma bunun müqabilində Azərbaycan dövləti yenə də “separatçıların liderlərinin təslim olacağı təqdirdə onlara amnistiyaya düşmək fürsəti” verdi, amma təcavüzkarlıqlarına başqa don geyindirən ermənilər xaricdəki imkanlarından istifadə edərək dünya birliyinə törətdiklərinin əksinə olaraq yalan məlumatlar çatdırmaqla yenə də öz məkrli siyasətlərindən əl çəkməməkdə israrlı olan  qatillər bu imkanı da itirdilər və lazımi şəkildə qiymətləndirmədilər.

Dövrünün ən nüfuzlu siyasətçiləri ilə bir sırada duran Heydər Əliyevin və onun təməlini qoyduğu ənənələrin davamçısı olan Azərbaycan Respublikasının hazırki prezidenti İlham Əliyevin siyasi uzaqgörənliyinin, prinsipiallığının və siyasi iradə nümayişinin məntiqi nəticəsi olaraq güclü Azərbaycan dövləti öz suverenliyini, müstəqilliyini qorumağa qadir olduğunu şanlı Zəfər qazanmaqla sübuta yetirib. Bu gün  güclü orduya sahiblənən dövlətimizin ərazisi  öz əzəli sahiblərinə geri dönüb və ölkə vətəndaşlarına qarşı cinayət törədənlərin məhkəmə qarşısına çıxarılacağı an yaxındadır.

2020-ci ilin Noyabrın 10-da imzalanan Bəyannamənin şərtlərini belə görməzdən gələn Ermənistan hökuməti yeni avantüralara əl atmaqdan çəkinmədi və imzaladığı bəyannamənin əksinə olaraq, 30 il işğalda saxlanılan ərazidə separatçıları yeni bir dövlətin olacağına inandırmağa çalışdı və başqa bir dövlətin ərazisi daxilində yeni dövlət qurmağa cəhd edənlər verilən imkanlardan istifadə etmək əvəzinə, daha da irəli gedib 3 il ərzində səbrimizdən sui-istifadə edərək mina terrorunu genişləndirməyə və vaxt qazanmaqla yenidən silahlanmağa cəhd etdilər.

Böyük təəssüf hissi ilə qeyd etmək lazımdır ki, Azərbaycan ərazisində və Azərbaycan vətəndaşlarına qarşı törədilən, reallıqdaisə sülh və insanlıq əleyhinə amansızcinayət törətmiş şəxslərbu günə kimi cəzalarını almamışlar. Daim Azərbaycan xalqı əleyhinə torətdikləri cinayətlərə görə cəzasızlıq görən erməni təcavüzkarları müasir Azərbaycan Respublikasında da bununla üzləşəcəklərini düşünməklə yanılıblar. Azərbaycan dövləti daha 1918-ci -1920-ci illərdə beşiyində boğulan qısamüddətli Cümhuriyyət deyil, o, öz ayaqları üzərində dayanan, digər dövlətlərin diktəsi ilə idarə olunmayan, öz sözünü deyən müstəqil gənc bir dövlətdir.

Terror üzərində dövlət daxilində “dövlət”  qurmağa çalışan, dinc insanların həyatını məhv edən, bunu sidq-ürəklə etiraf edib fəxr edən qalstuklu canilər cəzasız qalacaqlarını  düşünsələr də və törətdiklərinin məsuliyyətini dərk etmək iqtidarında olmasalar da 30 ildən sonra olsa belə cəzalanacaqları gün  gəlib çatıb. Bu cinayətkarların arasında gözləyəcəyimiz çox ad var. Cəzasızlıq yeni cinayətlərin törədilməsinə səbəb olur. Cəza heç vaxt gec deyil. Xocalı soyqırımını,  Qaradağlı, Ballıqaya, Kərkicahan qətliamlarını və digər soyqırımları törədən, dinc əhaliyə qarşı qəddarlıq edən, dinc əhalini məhv edən erməni cinayətkarları məhkəmə qarşısında cavab verəcəklər. Həbsdə olan separatçı-cinayətkarlar məhkəmə tərəfindən lazımi qiymətlərini alacaqlar.

Sevda Hacıyeva,
YAP Xətai rayon təşkilatının “General Şıxlinski“ ünvanı üzrə ərazi partiya təşkilatının üzvü