10 dekabr 2023 20:22
95

Ulu Öndər olmasaydı Azərbaycan dövləti də olmayacaqdı

“ Mən həmişə fəxr etmişəm, indi də fəxr edirəm ki, Mən Azərbaycanlıyam.” Bu möhtəşəm və qürur və iftixarla səslənən kəlamın müəllifi Zəfər bayrağını qədim yurdumuz Qarabağın baş tacı olan Şuşada ucaldan Azərbaycanımızın dahi oğlu Heydər Əliyevdir. O, sadə zəhmətkeş azərbaycanlı ailəsində doğulmuş və adını Vətənimizin qurtuluş mübarizəsi tarixinə qızıl hərflərlə yazmışdır. 1990-1991-ci illər Heydər Əliyevin Vətən naminə mübarizə yolunda xüsusi yer tutur. Moskvanın idarə etdiyi xəyanətkar rəhbərlər və heç bir idarəçilik bacarığı olmayan AXC-Müsavat cütlüyü ölkəmizi dağılmaq təhlükəsi ilə üz-üzə qoymuşdu. Azərbaycan Cənubi Qafqazın xəritəsindən silinmək üzrə idi. Moskvadakı Azərbaycanın daimi nümayəndəliyinə gəlib xalqımıza başsağlığı verən Heydər Əliyev faktiki olaraq qurtuluş mübarizəsinin rəhbərlik etməyə başladı. Doğma yurduna, millətinə daha yaxın olmaq üçün 1990-cı il iyunun 20-də vətənə döndü. Lakin xəyanətkar qüvvələr ona Bakıda qalmağa icazə vermədilər və Heydər Əliyev 22 iyulda doğulduğu Naxçıvana gedir və xalqımızın tale yüklü problemlərini 3 il ərzində buradan həll edir.

1993-cü ilin iyununda Heydər Əliyev xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdanda Azərbaycan çox ağır zamanlar yaşayırdı. Cəbhədəki ağır məğlubiyyətlər, vəzifə ələ keçirmək üçün torpaqlarımızın hərraca qoyulması, hakimiyyətsizlik baş alıb gedirdi. Xalq təşviş içində idi. Müdrik xalqımız qəti və sərrast  addım ataraq dünyanın ən böyük siyasət adamını ölkə rəhbərliyinə gətirdi. Qurtuluş savaşında qələbəyə doğru dönüş başlandı. 1993-cü ilin 15 iyunu Heydər Əliyevin Azərbaycanda ikinci rəhbərlik dövrünün yeni mərhələsi oldu. Ölkənin beynəlxalq iqtisadi durumunu bərpa etmək lazım idi. 1994-cü il 20 sentyabr Heydər Əliyev dühasının yeni bir zirvəsi Azərbaycanın dünya neft şirkətləri ilə bağladığı “Əsrin müqaviləsi” Heydər Əliyev qətiyyəti 1994-cü il oktyabr və 1995-ci il mart qəsdlərindən qələbə ilə çıxdı. Millətimizin müdrik seçimi dövləti xilas etdi.

Dövlət başçısının qətiyyəti xalqda sabaha ümid, gələcəyə inam yaratdı. Ölkəyə sabitlik və əmin amanlıq gəldi. 2003-cü il  12 dekabrdaxalq öz müdrik, canı qədər vətənini sevən oğlunu itirəndə xarici fitnəkarlar yenə vətənimizdə hakimiyyət iddiasına düşdülər. Lakin xalqımız ölkəmizi uçuruma aparmaq istəyənlərə qətiyyət göstərdi. Ulu Öndərin layiqli davamçısı Zəfər Komandanı İlham Əliyevi ali hakimiyyətə gətirdi və bugünkü uğurlarımızn davamı başladı.

Ülkər Şahgəldiyeva,
YAP Xətai rayon təşkilatının “Məzahir Rüstəmov 35” ünvanı üzrə ərazi partiya təşkilatının üzvü