11 dekabr 2023 14:28
237

Ermənistan hələ də sülh sazişinin imzalanmasına maneə yaradır

İkinci Qarabağ müharibəsində tarixi  Zəfərimizdən sonra 2023-cü ilin sentyabrın 20-də birgünlük antiteror tədbirləri ilə Xankəndidəki separatçı xuntanın ləğv edilməsi və cinayətkar rəhbərlərin həbs edilərək Bakıya gətirilməsi regionda yeni reallıqlar yaradan Azərbaycanı şəriksiz güc sahibinə çevirib.  Hazırda geosiyasi hədəfimiz  Ermənistanla sülh sazişinin bağlanması və sərhədlərin demarkasiya və delimitiasiyasıdır.

Amma məğlub Ermənistan yenə də məkrli niyyətini nümayiş etdirərək bu proseslərdən boyun qaçırır. Azərbaycan isə qalib ölkə kimi Ermənistanı 10 noyabr üçtərəfli Bəyanatında üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyə məcbur etməkdə israrlıdır. Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki,  biz hələlik səbirli, təmkinli davranırıq : «Amma bizim səbrimizin də həddi var və İkinci Qarabağ savaşı göstərdi ki, səbrimiz tükənəndə nələr baş verir. Ona görə Ermənistan rəhbərliyinə şans veririk ki, noyabrın 10-da imzalanmış Bəyanatın bütün müddəalarını yerinə yetirsin və özünü məsuliyyətlə aparsın».

Bəli, bu gün artıq işğaldan azad edilmiş torpaqlarımızda bərpa, quruculuq işləri sürətlə davam etdirilir, məcburi köçkünlər evlərinə qayıdır. Beynəlxalq layihələrin reallaşması üçün də yeni imkanlar yaranır. Postmünaqişə dövründə Ermənistanla münasibətləri nizama salmaq üçün Azərbaycan 5 maddədən ibarət baza prinsipləri təklif edir. Bu prinsiplər beynəlxalq hüquqa söykənir və Azərbaycanın mövgeyini  aydın göstərir. Azərbaycanın Ermənistana beş prinsip əsasında təklif etdiyi sülh müqaviləsinin əsasını –dövlətlərin bir-birinin suverenliyi,ərazi bütövlüyü,beynəlxalq sərhədlərin toxunulmazlığı və siyasi müstəqilliyin qarşılıqlı şəkildə tanıması,-dövlətlərin bir-birinə qarşı ərazi iddialarının olmaması,-dövlətlərarası münasibətlərdə bir-birinin  təhlükəsizliyinə hədə törətməkdən,ərazi bütövlüyünə qarşı hadə və gücdən istifadə etməkdən çəkinməli,-dövlət sərhədlərin delimitasiyası və demarkasiyası.diplomatik münasibətlərin qurulması,-nəqliyyat və kommunikasiyaların açılışı,qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlıq qurulması təşkil edir.

Əvvəldə qeyd etdiyimiz kimi, Azərbaycanın qələbəsini həzm edə bilməyən Ermənistan və onun havadarları regionda əməkdaşlıq prosesini pozmağa çalışırlar. Ermənistan tərəfi sülh müqaviləsini imzalamasını uzadır, müxtəlif bəhanələr gətirir.

2023-cü il 6 dekabr tarixində «Qarbağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər» forumundakı  çıxışında Prezident demişdir ki, Qarabağ bölgəsində yaşayan erməniləri də öz vətəndaşımız hesab edirik. Onlar həmin ərazidə qalmaq və yaşamağı istəsələr onların hüquqları və təhlükəsizliyi təmin olunacaq: « Azərbaycanın təklifi çox aydındır. Qarabağda yaşayan insanlar Azərbaycan vətəndaşlığını qəbul etməlidir.Bu tamamilə beynəlxalq hüquqa uyğundur.Azərbaycan vətəndaşlığını qəbul etmək istəyən şəxslər qeydiyyatdan keçə bilərlər.Azərbaycanın şərtləri aydın və qəbulediləndir».

Beləliklə,Azərbaycan reinteqrasiya ilə bağlı  geniş təkliflərlə çıxış edir. Sülh təklif edən də məhz Azərbaycan olub.Ermənistanın bir yolu var:  Azərbaycanın təklif etdiyi sülh müqaviləsini imzalamaq, revanşizm mövqedən imtina etmək, regional əməkdaşlıq prosesinə qosulmaq. Cənubi Qafqazda sülhün təmin olunması üçün diplomatiya və əməkdaşlıq vacibdir. Azərbaycan Respublikası hər zaman sülh və əməkdaşlığa sadiqliyini bildirir. Və Ermənistanda bunu tələb edir.

Nazimə Şamıyeva,
YAP Füzuli rayon təşkilatının sədri