08 dekabr 2023 22:55
411

Etimad limiti bitən dağıdıcı müxalifətin özünə güvənməmək sindromu

Növbədənkənar prezident seçkilərinin indidən qaralamaq cəhdinə başqa ad vermək mümkün deyil

Ölkəmizdə 2024-cü il fevralın 7-də növbədənkənar prezident seçkiləri keçiriləcək. Bu barədə ölkə başçısı sərəncam imzalayıb. Sərəncamla seçkilərin Mərkəzi Seçki Komissiyasına Seçki Məcəlləsində müəyyən edilmiş qaydada keçirilməsini təmin etmək tapşırılıb.

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraq Azərbaycan Ordusu sonradan “Dəmir yumruq” adlandırılan əks-hücum əməliyyatına başladı. Qırx dörd gün davam edən Vətən müharibəsi təxminən otuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış möhtəşəm Zəfər tariximizə qızıl hərflərlə yazıldı.

Vətən müharibəsi dövründə Ali Baş Komandanımız xalqa müntəzəm müraciətlər etdi. Bu müraciətlər Azərbaycan xalqını ayağa qaldırdı, onu yumruq kimi sıx birləşdirdi, müharibənin gedişatına və taleyinə güclü təsir göstərdi. Hər bir müraciət növbəti qələbələrin müqəddiməsinə çevrildi.

2020-ci il oktyabrın 9-da xalqa müraciətində Azərbaycan Prezidenti status-kvonun artıq olmadığını və təmas xəttinin yarıldığını elan etdi: “Mən dəyişdirdim status–kvonu, dəyişdirdim! Bax, orada, döyüş meydanında. Yoxdur status-kvo. Təmas xətti, yoxdur təmas xətti. Yarmışıq onu. Onlar 30 il idi ki, qururdular bu təmas xəttini… Yarıb keçmişik. Azərbaycan əsgərinin qabağında heç kim heç nə edə bilməz”.

2020-ci il noyabrın 8-i Azərbaycan tarixinə qızıl hərflərlə Zəfər günü kimi yazıldı. Prezident İlham Əliyev xalqa sayca yeddinci müraciətini Şəhidlər xiyabanından edərək Şuşa şəhərinin işğaldan azad olunmasını Azərbaycan xalqına, bütün dünya azərbaycanlılarına elan etdi: “Mən bu gün, eyni zamanda, ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır bu gün! Gözün aydın olsun Azərbaycan! Gözünüz aydın olsun dünya azərbaycanlıları! …Bu gün Azərbaycan xalqı bu yumruq kimi birləşib! Həmişə belə olacaq! Bu birlik əbədi olacaq! Bu birlik bizə gələcəkdə də bütün vəzifələri icra etmək üçün imkan yaradacaq… Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik!”.

Əlbəttə, bütün bunlar qürur və iftixar dolu bir tarixdir. Bu şərəfli tarixi yazan torpaqlarımızın düşmənin əsarətindən azad edilməsi uğrunda canını fəda edən şəhidlərimiz, qəhrəman Azərbaycan Ordusu və bu qalib ordunun Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevdir.

Bütün bunlar onu deməyə əsas verir ki, ölkəmizdə keçiriləcək növbədənkənar prezident seçkilərində İlham Əliyev mütləq üstünlüklə qalib gələcəkdir. Tanınmış ekspertlər, hətta ən qatı Azərbaycan əleyhdarları belə etiraf edirlər ki, hazırda İlham Əliyevin reytinqi ək yüksək səviyyədədir. Xüsusilə İkinci qarabağ müharibəsindək tarixi Qələdən sonra ölkədə onun heç bir rəqibi yoxdur. Xankəndidəki paraddan sonra isə onun reytinqi pik nöqtəsinə çatdı.

Təbii ki, bu seçkilərin keçirilməsi ilə Azərbaycan bir ilkə imza atacaq. Belə ki, müstəqil Azərbaycanın tarixində ilk olaraq seçkilər bütün ölkə ərazisində keçiriləcək. Ona görə də 2024-cü il fevralın 7-də keçiriləcək növbədənkənar Prezident seçkilərini Zəfər seçkiləri də adalndırmaq olar.

Çox təəssüf ki, ölkəmizdəki radikal müxalifət düşərgəsi həmişə olduğu kimi, bu gün də antimilli mövqe sərgiləyərək bu seçkilərlə bağlı indidən qarayaxma kampniyasına start veriblər. AXCP Ali Məclisinin sədri Nurəddin Məmmədli: Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Gültəkin Hacıbəyli: AXCP sədrinin müavini Fuad Qəhrəmanlı: AXCP RH-nin üzvü Məmməd İbrahim və digərləri artqı anti-Azərbaycan dairələrin sifarişi və AXCP sədri Əli Kərimlinin təlimatı ilə sosial şəbəkələrdə seçkilərlə bağlı absurd, heç bir məntiqə sığmayan fikirlər səsləndirirlər. Belə yerdə sual meydana çıxır: Nədən “Siyasi pariyalar haqqında” qanuna görə qeydiyyatdan keçən AXCP-nin “başbilənləri” hazırlaşaraq, necə deyərlər, qüvvələrini səfərbər edərək (əgər varsa) seçkilərə qatılmaq əvəzinə xaricdəki ağalarının sifarişləri ilə indidən hay-küy  qaldıraraq ictimai rəyi azdırmaq üçün dəridən-qabıqdan çıxırlar? Şübhəsiz, bunun bir neçə səbəbi var. əsas səsbələrdən biri odur ki, dağıdıcı müxalifət özünə güvənmir.Uzun illərdir ki, uğursuzluq bataqlığından çıxa bilməyən radikal müxalifətin etimad limiti bitib.

Şübhəsiz, bu antimilli düşərgənin növbədənkənar seçkilərlə bağlı fikirləri xacəmiyyəimiz tərəfindən ikrahla qarşılanır. Onlar heç zaman öz məqsədlərinə çata bilməyəklər. Çünki bədi məğlubiyyətə və rəzalətə uğrayan radikal müxalifət təmsilçilərinin qatarı çoxdan gedib.

Zahid Rza, “İki sahil”